Xəzər Xəbər

Vergi qanunvericiliyini pozanlar 46,6 mln. manat cərimələnib

İqtisadiyyat | 16:54 • 22 İyun 2018
Vergi qanunvericiliyini pozanlar 46,6 mln. manat cərimələnib

Bu ilin yanvar-aprel aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyaların məbləği açıqlanıb.

"APA-Economics" "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, bu ilin 4 ayında aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 46 mln. 581,3 min manat olub. Bununla da dövlət büdcəsində illik proqnoz 33,3% icra olunub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 4 mln. 531,7 min manat və ya 10,8% artıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti