Xəzər Xəbər

Xarici valyutaların manata qarşı məzənnələri

İqtisadiyyat | 09:39 • 22 İyun 2018
Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.


Mərkəzi Bankdan xezerxeber.az-a verilən məlumata görə, iyunun 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.


Manata nəzərən avronun məzənnəsi 1,9745 manat təşkil edir.


1 türk lirəsi 0,3585 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6914 manatdır.

Xəbər lenti