Xəzər Xəbər

Dünyada ən çox neft ixrac edən və idxal edən ölkələrin adları açıqlanıb

İqtisadiyyat | 14:47 • 20 İyun 2018
Dünyada ən çox neft ixrac edən və idxal edən ölkələrin adları açıqlanıb

Səudiyyə Ərəbistanı neft ixracında liderdir.


Bu barədə BP-nin statistik hesabatında deyilir. Bildirilir ki, keçən il ən çox xam neft ixrac edən ölkə Səudiyyə Ərəbistanı olub. Neft ixracı 2016-cı ilə nisbətdə 4,7 faiz azalmasına baxmayaraq Səudiyyə Ərəbistanı ötən il 357 milyon 500 min ton neft ixrac edib.


Neft ixracına görə Səudiyyə Ərəbistanını ardıcıl olaraq 277 milyon 200 min tonla Rusiya və 189 milyon tonla İraq izləyir.


Keçən il qlobal neft ticarəti isə 2016-cı illə müqayisədə 3 faiz artaraq 2 milyard 184 milyon 200 min tona çatıb.

Ötən il dünyada ən çox xam neft idxal edən ölkə isə Çin olub.

Bildirilir ki, keçən il Çinin neft idxalı 422 milyon 100 min ton təşkil edib. Çindən sonra ikinci sırada qərarlaşan ABŞ 394 milyon 100 min ton, üçüncü yerdəki Hindistan isə 211 milyon 100 min ton neft idxal edib. (AZƏRTAC)


Xəbər lenti