Xəzər Xəbər

Azərbaycan Vyetnamla Protokol imzalayıb

İqtisadiyyat | 14:11 • 20 İyun 2018
Azərbaycan Vyetnamla Protokol imzalayıb

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclasının yekunlarına dair Protokol imzalanıb.


AZƏRTAC xəbər verir ki, sənədi komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh imzalayıb. Sənəd siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar, mədəniyyət, turizm, idman, elm, təhsil, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Xəbər lenti