Xəzər Xəbər

Azərbaycanda ipoteka faizləri azala bilər

İqtisadiyyat | 10:54 • 14 İyun 2018
Azərbaycanda ipoteka faizləri azala bilər

"Azərbaycanda bazar şərtləri ilə verilən ipoteka faizlərinin birrəqəmli olması üçün tədbirlər görülə bilər. Bu da iqtisadiyyatda gedən proseslərdən asılıdır".

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O, həmçinin qeyd edib ki, cari ildə dedollarlaşma prosesi davam edib və fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,8 faiz bəndi azalıb. Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, cari ildə AMB pul bazarında təsiredici tədbirlər görüb ,strezilizasiya əməliyyatlarının qalığı illik müqayisədə 12,3% azalıb.(Report)

Xəbər lenti