Xəzər Xəbər

Vergi Məcəlləsinə dəyişiklik təsdiqləndi

İqtisadiyyat | 14:19 • 12 İyun 2018
Vergi Məcəlləsinə dəyişiklik təsdiqləndi
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik layihəsini bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edərək təsdiqləyib.


XəzərXəbər xəbər verir ki, layihədə Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsinin artırılmasını nəzərdə tutulur.


Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti