Xəzər Xəbər

Gürcüstan turizmdən 1 mlrd. dollardan artıq gəlir əldə edib

İqtisadiyyat | 14:14 • 11 İyun 2018
Gürcüstan turizmdən 1 mlrd. dollardan artıq gəlir əldə edib

Gürcüstan bu ilin ilk 5 ayı ərzində xarici turizmdən 1 mlrd. 36 mln. dollar məbləğində gəlir əldə edib.


Hesabat dövründə ən çox gəlir 246 mln. dollar olmaqla may, ən az gəlir isə 157 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

Qeyd edək ki, yanvar-may aylarında Gürcüstana 2 834 576 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da ötən ilin eyni göstəricisindən 13,6% çoxdur. Qonşu ölkəyə səfər etmiş əcnəbilərin 485 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

Gürcüstanda bu il əcnəbi ziyarətçilərin sayının 8 mln. nəfər, turizmdən əldə olunacaq gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnoz olunur. (APA)

Xəbər lenti

Çox oxunanlar