Xəzər Xəbər

ABŞ-da 1062 aktiv neft-qaz quyusu var

İqtisadiyyat | 14:21 • 9 İyun 2018
ABŞ-da 1062 aktiv neft-qaz quyusu var

ABŞ-dakı neft quyularının sayı 862 ədəddir.


AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 2 ədəd artaraq 1062 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 135 ədəd çoxalıb.


Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 1 ədəd çoxalaraq 862 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Neft quyularının sayı son 20 həftənin 17-də artım göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 121 ədəd artıb.


Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı da 1 ədəd artaraq 198 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 13 ədəd artım göstərib.


Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Xəbər lenti