Xəzər Xəbər

Avropa İttifaqında malların sertifikatlaşdırılması qaydaları sadələşdirilir

İqtisadiyyat | 13:24 • 9 İyun 2018
Avropa İttifaqında malların sertifikatlaşdırılması qaydaları sadələşdirilir

Avropa İttifaqı çərçivəsində istehsal edilən malların sertifikatlaşdırılması qaydaları gələn ildən etibarən sadələşdirilə bilər. Avropa Komissiyasının təklifinə əsasən, istehsalçılar öz məhsullarını Aİ ölkələrinin yalnız birində sertifikatlaşdıra bilərlər. Əmtəə mübadiləsini asanlaşdırmalı və onun daha ucuz başa gəlməsini təmin etməli olan bu norma əvvəlcə Avropa parlamenti tərəfindən bəyənilməlidir. Bu barədə təklif payızda gündəliyə çıxarılacaq.


AZƏRTAC xəbər verir ki, cümə günü Praqada bazar, sənaye və sahibkarlıq fəaliyyəti məsələləri üzrə Avropa komissarı Elcbeta Benkovskayanın iştirakı ilə "Daxili bazar: dünən, bu gün və sabah” mövzusunda iqtisadi konfrans işə başlayıb. Elə həmin gün Avropa komissarı Çexiyanın baş naziri Andrey Babiş ilə görüş keçirib.

Xəbər lenti