Xəzər Xəbər

MDB-nin ən yaxşı kurortları Azərbaycan ilk beşlikdə

İqtisadiyyat | 13:59 • 8 İyun 2018
MDB-nin ən yaxşı kurortları

"TurStat" analitik agentliyi bu il yay üçün Rusiya vətəndaşları arasında MDB-nin ən populyar kurortlarının reytinqini hazırlayıb.

Trend-in məlumatına görə, ilk beşliyə Qazaxıstanın Burabay (Boroboe), Qırğızıstanın İssık-Kul gölü, Belarusun Naroç gölü, Bakıdakı Bilgəh çimərliyi və Ermənistanda Sevan gölü daxildir.

Agentliyə görə, bu kurortlardan ən ucuzu İssık-Kul (50 dollar), ən bahalısı isə Bilgəhdir (100 dollar).

Rusiya vətəndaşları arasında bu kurortlara daha çox Moskva, Sankt-Peterburq, Cənubi Ural və Sibirdən gəlirlər.

Xəbər lenti