"Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi "Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılacaq.
XəzərXəbər xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin
Axundov deyib. O, bildirib ki, satış mərkəzləri Bakının "Babək", "Ziya
Bünyadov" prospektlərində və Badamdar qəsəbəsində olacaq. E.Axundovun sözlərinə görə, ilk olaraq "Xəzər"
LD və CD modeli, ümumilikdə isə 100 avtomobil satışa çıxarılacaq: "CD
modeli 16 min, LD modeli isə 18 min manata satılacaq. Zavodda 160
avtomobilin istehsalı nəzərdə tutulub. Daha sonra tələbata uyğun olaraq
istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə
iyunun 20-dən satışda olacaq".
Satışa gəldikdə isə kredit
şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş tələb
olunacaq. Lizinq və kredit üzrə illik faiz dərəcəsi isə 18% nəzərdə
tutulub.