Xəzər Xəbər

“Nizami Gəncəvi adına Qızıl medal”ın təqdim edilməsi mərasimi keçirildi

İqtisadiyyat | 12:37 • 8 İyun 2018
“Nizami Gəncəvi adına Qızıl medal”ın təqdim edilməsi mərasimi keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iyunun 8-də keçirilən ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdim edilməsi mərasimi olub.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən bu medalla təltif etmək səlahiyyəti AMEA-ya verilib. Müsabiqədə iştirak üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına göndərilib. Qızıl medala namizədlər seçilərək onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub. Rəyasət Heyəti aprelin 5-də keçirilmiş iclasında müsabiqənin nəticələrini nəzərə alaraq alimlərin medala layiq görülməsi barədə qərar qəbul edib.

XəzərXəbər xəbər verir ki, neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.

Xəbər lenti