Xəzər Xəbər

Kremençuq neft emalı zavodu 10 min ton Azərbaycan nefti alıb

İqtisadiyyat | 16:32 • 7 İyun 2018
Kremençuq neft emalı zavodu 10 min ton Azərbaycan nefti alıb

Ukraynanın "Ukrtransnafta” Səhmdar Cəmiyyəti "Cənub” dəniz neft terminalının ehtiyatında olan 10 min ton "AzeriLight” neftinin bütün həcmlərini satıb.

"APA-Economics”in "Enkorr” agentliyinə istinadən məlumatına görə, bu barədə "Ukranya Energetika Birjası”nda keçirilən hərracların nəticələrindən məlum olub.

Birja alıcının adını açıqlamır. "Enkorr”un məlumatına görə, qeyd olunan həcmdə Azərbaycan neftini Kremençuq Neft Emalı Zavodunda emal üçün "Privat” şirkəti əldə edib.

Xəbər lenti