Xəzər Xəbər

OPEC: Keçən il qlobal neft hasilatı 0,9 faiz azalıb

İqtisadiyyat | 15:58 • 7 İyun 2018
OPEC: Keçən il qlobal neft hasilatı 0,9 faiz azalıb

2017-ci ildə qlobal xam neft istehsalı 0,9 faiz azalıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir. Bildirilir ki, qlobal neft hasilatı 2009-cu ildən bəri ilk dəfə 2017-ci ildə gündəlik 701 min barrel (0,9 faiz) azalaraq 74,69 milyon barrel olub.


Ötən il OPEC üzrə neft istehsalı isə 2016-cı illə müqayisədə gündəlik 926 min barrel (2,8 faiz) aşağı düşüb. OPEC-ə daxil olmayan ölkələrdə isə neft hasilatında artım qeydə alınıb.


"2017-ci ildə qlobal neft tələbatı əvvəlki illə müqayisədə orta hesabla 1,7 faiz artaraq gündəlik 97,2 milyon barrel təşkil edib. Buna Asiya və Sakit okean regionunda, xüsusilə Çin və Hindistanda, eləcə də Avropa və Şimali Amerikadakı tələbat artımı təsir göstərib”, - deyə OPEC bildirir.


Hesabata görə, keçən il Afrika və Yaxın Şərqdə neft tələbatı 2016-cı illə müqayisədə gündəlik 100 min barrel artıb. Latın Amerikasında isə neft tələbatı ardıcıl üçüncü ildir ki, azalıb.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti