Xəzər Xəbər

Bakıdan Alanyaya birbaşa reys açıldı

İqtisadiyyat | 10:03 • 7 İyun 2018
Bakıdan Alanyaya birbaşa reys açıldı
Bu gündən etibarən "Buta Airways” Bakıdan Türkiyənin Alanya bölgəsinə birbaşa uçuşlara başlayıb.


Heydər Əliyev adına Hava Limanından XəzərXəbər-ə verilən məlumata görə, artıq ilk aviareys saat 07:50 radələrində həyata keçirilib.


Qeyd edək ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Xəbər lenti