Xəzər Xəbər

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvan istiqamətində davam etdiriləcək

İqtisadiyyat | 15:20 • 6 İyun 2018
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvan istiqamətində davam etdiriləcək

Qars-İqdır-Aralıq-Dilucu dəmir yol xətti tikintisinin Naxçıvan Muxtar Respublikası (Azərbaycan) istiqamətində davam etdirilməsi işlərinə 2018-ci ilin sonu – 2019-cu ilin əvvəlində start veriləcək.

AZƏRTAC TURAN TODAY agentliyinə istinadla bildirir ki, bu barədə yerli jurnalistlərə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan məlumat verib.

Yeni nəqliyyat layihəsinə əsasən, tikintisi nəzərdə tutulan iki yoldan ibarət dəmir yol xəttinin uzunluğu 224 kilometr olacaq.

Nazirin sözlərinə görə, bu xətt Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdiriləndən sonra Şərqdən Qərbə tərəf bütün Türkiyə ərazisindən keçən Qars-Kapıkule xəttinə, daha sonra Avropaya doğru uzanacaq.

Beləliklə, Kapıkule-Ədirnə-İstanbul-Eskişehir-Ankara-Yozqat- Sivas-Ərzincan-Qars dəmir yolu İqdır əyalətindən keçməklə Azərbaycan və İran dəmir yollarına birləşdiriləcək.

Yeni dəmir yol xətti çəkilərkən sürəti saatda 160 kilometrədək olan qatarlardan istifadə etmək imkanı nəzərə alınacaq.

Xəbər lenti