Xəzər Xəbər

Bakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq

İqtisadiyyat | 13:48 • 6 İyun 2018
Bakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq

Bakıda avtomatlaşdırılmış parklanma sistemi qurulacaq.


AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.


O bildirib ki, parklanma sahəsində BNA-nın qarşısına qoyduğu əsas vəzifələrdən biri də avtomatlaşdırılmış sistemin qurulmasıdır. Hazırda bu sistemin qurulması ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, mövcud yeraltı və yerüstü parklanma yerləri də işlək vəziyyətə gətiriləcək, sürücülər arasında düzgün parklanma qaydaları və qanunsuz parklanmadan yayınma ilə bağlı təbliğat aparılacaq.

Xəbər lenti