Xəzər Xəbər

İranın neft ixracı maksimuma çatıb

İqtisadiyyat | 14:14 • 5 İyun 2018
İranın neft ixracı maksimuma çatıb

İran may ayında neft və kondensat ixracını artırıb.


AZƏRTAC xəbər verir ki, İranın neft və kondensat ixracı may ayında gündəlik 2,7 milyon barrel səviyyəsinə çatıb.


İranın neft və kondensat ixracı bu ölkəyə qarşı sanksiyaların ləğv olunmasından, yəni 2016-cı ilin mayından indiyədək maksimum səviyyəyə yüksəlib.


Mayda İran gündəlik 2,4 milyon barrel xam neft və sutkalıq 300 min barrel təbii qaz kondensatı olmaqla ümumilikdə gündəlik 2,7 milyon barrel ixrac həyata keçirib. İranın aprel ayındakı ixracı isə 2,6 milyon barrel olub.

Xəbər lenti