Xəzər Xəbər

“Sahibkarların təklifləri dəyərləndiriləcək” Səfər Mehdiyev

İqtisadiyyat | 12:56 • 5 İyun 2018
“Sahibkarların təklifləri dəyərləndiriləcək”
"Biz istər ticarətin asanlaşdırılması, istər gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və bu istiqamətdə aparılan islahatlarda sahibkarları kənarda qoymaq istəmirik. Ona görə də sahibkarla görüşlər keçiriləcək və onların təklifləri dəyərləndiriləcək”.


XəzərXəbər-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.


Komitə sədri bildirib ki, sərhəddə gözləmələrin minumuma endirilməsi üçün qarşı tərəflərlə görüşlər keçirilib: "İxracın daha sürətli aparılması üçün ötən həftə həm Rusiya Gömrük Komitəsinin rəhbərliyi ilə görüşüm olub. Sürətli ixracın aparılması istiqamıtində qarşı tərəflərlə danışıqlar aparılır ki, sərhəddə gözləmələr minumuma endirilsin”.

S.Mehdiyev qeyd edib ki, hazırda gömrük rüsumlarının artırılıb-azaldılması ilə bağlı təkliflər yoxdur: "Yeni sərhəd-keçid məntəqələrinin tikilməsi ilə bağlı məsələlər müzakirə olunur, amma bununla bağlı ciddi irəliləyiş yoxdur. İranla olan sərhəd keçid məntəqəsi 24 saat iş rejiminə keçib. Orada heç bir tıxaclar yoxdur”.

Xəbər lenti