Xəzər Xəbər

Neftin qiyməti yenidən ucuzlaşdı

İqtisadiyyat | 10:34 • 5 İyun 2018
Neftin qiyməti yenidən ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,32 dollar ucuzlaşaraq 76,34 dollar olub.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar artaraq 75,40 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 64,98 dollar təşkil edib.

Xəbər lenti