Xəzər Xəbər

Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib - VİDEO

İqtisadiyyat | 11:14 • 29 May 2018
Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib -

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Actros" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti