Xəzər Xəbər

TPAO Türkiyənin 2 bölgəsində neft axtaracaq

İqtisadiyyat | 11:41 • 26 May 2018
TPAO Türkiyənin 2 bölgəsində neft axtaracaq

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Siirt və Niğdedə neft axtaracaq.


AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsi məlumat yayıb. Bildirilir ki, TPAO Siirtdə 2, Niğdedə isə 1 ərazidə neft axtarışı üçün müraciət edib.


Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, "BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Xəbər lenti