Xəzər Xəbər

FED-in iclasların vaxtı açıqlanıb - dollarla bağlı qərar veriləcək

İqtisadiyyat | 11:13 • 26 May 2018
FED-in iclasların vaxtı açıqlanıb -

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) 2019-cu ildə keçiriləcək iclaslarının vaxtı açıqlanıb.


AZƏRTAC FED-ə istinadla xəbər verir ki, FOMC hər il olduğu kimi gələn il də 8 dəfə toplaşacaq. 2019-cu ildə keçiriləcək FOMC-in iclaslarının tarixləri belədir: 29-30 yanvar, 19-20 mart, 30 aprel-1 may, 18-19 iyun, 30-31 iyul, 17-18 sentyabr, 29-30 oktyabr, 10-11 dekabr.


Bundan başqa, FED-in rəhbəri Jerome Powell əvvəlki illərdə olduğu kimi gələn il mart, iyun, sentyabr və dekabr aylarında keçiriləcək FOMC yığıncaqlarından sonra mətbuat konfransı təşkil edəcək.


Bu il FED-in növbəti 5 iclası 12-13 iyun, 31 iyul-1 avqust, 25-26 sentyabr, 7-8 noyabr və 18-19 dekabr tarixlərində keçiriləcək.

Xəbər lenti