"Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda dəyişikliklər edilib. XəzərXəbər-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə
görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq
sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12
metrdən (binanın hündürlüyü "0” səviyyəsindən, yəni birinci yerüstü
mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt
hissəsinədək - çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının
uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə
bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün
tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin
planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma
və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb
olunacaq.
Qərara əsasən, bu siyahı yalnız icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında əsasnamə ilə dəyişilə bilər.
Həmçinin, müfəssəl
plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə
verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti
layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması
sənədlərinə (baş planlara və ya ümumi planlara), habelə müfəssəl planın
hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun
müəyyənləşdirilməsi qaydalarında da dəyişiklik edilib.