Xəzər Xəbər

“TANAP” qaz boru xəttinin keçdiyi şəhərlərə təcili tibbi yardım maşınları hədiyyə edilir

İqtisadiyyat | 13:30 • 21 May 2018
“TANAP” qaz boru xəttinin keçdiyi şəhərlərə təcili tibbi yardım maşınları hədiyyə edilir

Türkiyənin Səhiyyə Nazirliyi ilə bu ölkədə fəaliyyət göstərən "TANAP” A.Ş. arasında bağlanmış müqaviləyə əsasən TANAP xəttinin keçdiyi şəhərlərə təcili tibbi yardım maşınlarının hədiyyə edilməsi layihəsinin icrasına başlanılıb.


"TANAP”A.S.-dan AZƏRTAC-a daxil olan məlumatlara görə, qeyd olunan anlaşmaya əsasən Ardahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Bayburt, Gümüşhane, Kırıkkale, Kırşehir və Yozgat şəhərlərinə ümumilikdə 13 ədəd təcili tibbi yardım maşını veriləcək. Artıq bu maşınların 11-i ünvanına çatdırılıb. Qalan 2 maşın isə iyun ayında təhvil veriləcək.


Qeyd edək ki, iki qurum arasında anlaşma cari ilin 11 aprel tarixində Türkiyədə fəaliyyət göstərən İctimai və Ekoloji Sərmayə Proqramları əsasında imzalanıb.

Xəbər lenti