Xəzər Xəbər

Ayaqqabının içində narkotik keçirmək cəhdi alınmadı - FOTO

İqtisadiyyat | 13:14 • 21 May 2018
Ayaqqabının içində narkotik keçirmək cəhdi alınmadı -

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti