Xəzər Xəbər

Avropa Rusiya qazından asılılığa son qoya bilməyəcək

İqtisadiyyat | 10:28 • 21 May 2018
Avropa Rusiya qazından asılılığa son qoya bilməyəcək
"Hesab edirəm ki, Bolqarıstanın Rusiya qazının Qara dənizdən keçməklə birbaşa verilməsinə ehtiyacı var. Bunu, "Bolqarıstan axını” adlandıra bilərik”


Bu sözləri Bolqarıstan prezidenti Rumen Radev "Kommersant”a müsahibəsində deyib.


Radev bildirib ki, "Şimal axını”nın keçdiyi Almaniya kimi, Bolqarıstan da qaz tranziti üçün ən məntiqi variantdır. Çünki Bolqarıstanın, onu Mərkəzi Avropa ölkələri ilə birləşdirən, hazırda fəaliyyətdə olan və artıq quraşdırılan qaz nəqli sistemləri var. O cümlədən, Bolqarıstan qaz tranziti həcminin artırılması istiqamətində Avropa İttifaqının dəstəyini də təmin edib.

Xatırladaq ki, mayın 18-də Almaniyanın iqtisadiyyat naziri Piter Altmayer bəyan edib ki, ABŞ prezidenti Donald Trampın öz ixracatlarını artırmaq üçün "Şimal axını-2” qaz kəmərinin tikintisini əngəlləmək cəhdləri effektsiz olacaq. /azvision.az

Xəbər lenti