Xəzər Xəbər

Azərbaycanda əhali 4 ayda 16 milyard manatdan çox pul qazanıb

İqtisadiyyat | 10:22 • 20 May 2018
Azərbaycanda əhali 4 ayda 16 milyard manatdan çox pul qazanıb

2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16 milyard 272,8 milyon manat olub.


Trend-in məlumatına görə, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 1662,1 manat təşkil edib.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14944,7 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,5 faiz çox vəsait qalıb.

Xəbər lenti