Əmanətlərin
Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımının
mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini,
şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun
daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət
Ödəniş Portalına (HÖP) inteqrasiyasını təmin edib.
Fonddan XəzərXəbər-ə verilən məlumata görə, ləğv prosesində olan bankların müştəriləri
kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında
"Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada
ödənişlərini apara bilərlər.
Ləğv prosesində olan bankların
kredit müştəriləri Hökumət Ödəniş Portalının internet resursundan
istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2000-ə
yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1400-dən çox
istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının
1000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız
qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının
ödənilməsi həyata keçirə bilərlər.