Xəzər Xəbər

Tehran: `Total` İrandan çıxarsa, yerini Çin şirkəti alacaq

İqtisadiyyat | 13:02 • 18 May 2018
Tehran:
İranın neft naziri Bican Zengane bəyan edib ki, "Total" şirkəti ölkəni tərk edəcəyi təqdirdə, boş qalan yerini Çin şirkəti dolduracaq. Bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, Fransanın enerji şirkəti olan "Total" ABŞ sanksiyalarının yenidən bərpa olunacağı səbəbindən İrandakı layihələrini dayandırmaq məcburiyyətində qalıb.

Məsələ ilə bağlı açıqlama verən İranın neft naziri Bican Zengane deyib ki, "Total" şirkəti "Cənubi Pars 11" (SP11) qaz yatağındakı fəaliyyətinə xitam verəcəyi təqdirdə onun yerinə Çinin "CNPC" şirkəti keçəcək.

Hazırda "Total"ın İrandakı fəaliyyətini davam etdirməsi üçün Fransa və ABŞ hökumətləri müzakirə aparır. Avropa Birliyi ABŞ-ın İran sanksiyalarına qarşı şirkətlərini qorumaq üçün yollar axtarır./faktxəbər

Xəbər lenti