Xəzər Xəbər

İnam Kərimovun Yevlaxda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat | 12:04 • 17 May 2018
İnam Kərimovun Yevlaxda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun Yevlax rayonunda Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilərək mayın 23-nə keçirilib.


Bu barədə xezerxeber.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.


Görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar

Xəbər lenti