Xəzər Xəbər

Bakının bir hissəsində su olmayacaq

İqtisadiyyat | 18:20 • 16 May 2018
Bakının bir hissəsində su olmayacaq

Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


"Azərsu” ASC-nin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti