Xəzər Xəbər

Azərbaycanda 7,7 milyard kubmetr təbii qaz ehtiyatları olub

İqtisadiyyat | 16:34 • 16 May 2018
Azərbaycanda 7,7 milyard kubmetr təbii qaz ehtiyatları olub

Bu ilin birinci rübündə Azərbaycanda 7,7 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu həcmin 57,8 faizi hasilatın, 29,7 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın, 12,5 faizi isə idxalın hesabına formalaşıb.

Ehtiyatların 43,2 faizi ölkə daxilində istehlak edilib, 34,6 faizi ixrac olunub, 4,9 faizi itkiyə gedib, 17,3 faizi 2018-ci ilin aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Xəbər lenti