Xəzər Xəbər

Yaşıl iqtisadiyyat 24 milyon iş yeri yaratmağa kömək edəcək

İqtisadiyyat | 17:08 • 15 May 2018
Yaşıl iqtisadiyyat 24 milyon iş yeri yaratmağa kömək edəcək

Ekoloji cəhətdən təmiz iqtisadiyyata keçməyə, qlobal istiləşməni Selsi ilə iki dərəcə civarında saxlamağa dair tədbirlər 2010-cu ilə qədər 24 milyon yeni iş yeri yaratmağa imkan verəcək. Bu, əmək bazarında iqtisadiyyatın "yaşıllaşması” ilə bağlı mümkün ixtisarları kompensasiya edəcək. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) təqdim etdiyi məruzənin müəllifləri bu qənaətə gəliblər.


Məruzə müəllifləri, mələsən, itkilərlə üzləşməsi ehtimal olunan neft və ya kömür sənayelərində çalışan insanların sosial müdafiəsini təmin etməyi məsləhət görürlər. Yeni yerlər enerji sektorunda dəyişikliklər, o cümlədən elektromobillərə keçilməsi, binaların enerji səmərəliliyinin artırılması sayəsində yaradıla bilər. Havanın, suyun və torpağın təmizlənməsi, habelə ekstremal hava hadisələrindən müdafiə sahələrində işçilərə ehtiyac yarana bilər. Bütün bu proseslər dayanıqlı kənd təsərrüfatına keçmək planının bir hissəsidir. Hazırda iqtisadiyyatın bu seqmentində 1,2 milyon insan məşğuldur.


BƏT-in baş direktorunun müavini Debora Qrinfild deyib: "Yaşıl iqtisadiyyat milyonlarla insanın yoxsulluqdan qurtarmasına kömək etməyə, planetimizin sakinlərinin çoxunun və gələcək nəsillərin həyatını yaxşılaşdırmağa qadirdir. Bu, çox müsbət zəmindir”.


"Yaşıl” əmək bazarında ən böyük artımın Asiyada baş verəcəyi ehtimal olunur. Burada 14 milyon iş yerinin yaradılması gözlənilir. BƏT ekspertlərinin fikrincə, Avropa bazarı əlavə 2 milyon iş yeri yarada bilər.


Enerji daşıyıcılarından asılı olan Afrika və Yaxın Şərq ölkələri öz iqtisadiyyatlarında islahatlar aparmasalar, iş yerlərinin azalması ilə üzləşə bilərlər. Məruzə müəllifləri bütün dünya ölkələrini əhalini ekoloji cəhətdən təmiz istehsala keçməyə hazırlamağa çağırırlar.


Tədqiqatçılar iqtisadiyyatın 163 sahəsi üzrə məlumatları təhlil ediblər. Məlum olub ki, onların 14-ü təqribən 10 min iş yeri itirə bilər. Neft hasilatı və emalı sektorlarında təqribən 1 milyon əməkdaşın ixtisara salınacağı ehtimal olunur.


Məruzə müəllifləri əhalinin sosial müdafiəsi üzrə tədbirlərlə innovasiyaların tətbiqini uzlaşdırmağa çağırırlar. Bu, iqtisadiyyatın problemli sahələrində məşğul olan insanları dəstəkləməklə bərabər, dayanıqlı təsərrüfat işlərinə keçidi təmin etməyə imkan verər.

Xəbər lenti