Xəzər Xəbər

Azərbaycan ilə Türkiyə arasında aviareyslərin sayı 3 dəfə arta bilər

İqtisadiyyat | 11:36 • 15 May 2018
Azərbaycan ilə Türkiyə arasında aviareyslərin sayı 3 dəfə arta bilər

Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən bildirilib ki, Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya qurumları tərəfindən öyrənilir.


Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.

Xəbər lenti