Xəzər Xəbər

Bakı metrosu tüstülənmə - səbəbi açıqlandı

İqtisadiyyat | 10:01 • 15 May 2018
Bakı metrosu tüstülənmə -

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Cəfər Cabbarlı” və "Xətai” stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: "Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".

Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti