Xəzər Xəbər

OPEC: Bu il qlobal neft tələbatı 98,85 milyon barrelə çatacaq

İqtisadiyyat | 15:50 • 14 May 2018
OPEC: Bu il qlobal neft tələbatı 98,85 milyon barrelə çatacaq

2018-ci ildə qlobal neft tələbatı 98,7 milyon barrelə yüksələcək.


Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, apreldə qlobal neft təklifi mart ayı ilə müqayisədə gündəlik 120 min barrel artaraq 97 milyon 890 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkalıq 110 min barrel çoxalaraq 65 milyon 960 min barrelə çatıb.


OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbatı 2017-ci illə müqayisədə gündəlik 1 milyon 650 min barrel artaraq 98 milyon 850 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə bu il gündəlik 100 min barrel artaraq 32 milyon 700 min barrel olacağı gözlənilir.


Cari ildə qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə sutkalıq 1 milyon 720 min barrel çoxalaraq 59 milyon 920 min barrelə çatacaq.

Xəbər lenti

Çox oxunanlar