Xəzər Xəbər

Apreldə OPEC üzrə neft hasilatı artıb

İqtisadiyyat | 15:28 • 14 May 2018
Apreldə OPEC üzrə neft hasilatı artıb

Apreldə ayında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft istehsalı artıb.


AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı apreldə mart ayı ilə müqayisədə gündəlik 12 min barrel artaraq 31 milyon 930 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə dəyişməyərək 32,6 faiz təşkil edib.


Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Əlcəzair və İranda artım göstərib. Belə ki, apreldə mart ayı ilə müqayisədə Səudiyyə Ərəbistanının sutkalıq neft hasilatı 46 min 500 barrel, Əlcəzairdə 17 min 700 barrel və İranda 10 min barrel artıb.


Venesuela, Qabon və Nigeriyada isə neft istehsalı azalıb. İqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı apreldə martla müqayisədə 41 min 700 barrel azalaraq 1 milyon 436 barrelə düşüb. Keçən ay Qabonda gündəlik neft hasilatı 9 min 300 barrel, Nigeriyada isə 8 min 300 barrel azalıb.


Apreldə dünya üzrə 2 min 170 neft quyusu istismara verilib. Bu quyulardan 561-i OPEC-ə üzv olan ölkələrdədir.

Xəbər lenti