Xəzər Xəbər

Gömrükçülər ölkəyə qanunsuz dekorativ şam gətirilməsinin qarşısını alıb - FOTO

İqtisadiyyat | 11:36 • 12 May 2018
Gömrükçülər ölkəyə qanunsuz dekorativ şam gətirilməsinin qarşısını alıb -

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.


Xezerxeber.az Gömrük Komitəsinə istinadən məlumat verir ki, yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çılçıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti