Xəzər Xəbər

Mərkəzi Bank depozit hərracı keçirəcək

İqtisadiyyat | 13:33 • 12 May 2018
Mərkəzi Bank depozit hərracı keçirəcək

Mayın 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.


Xezerxeber.az banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01–10,99 faiz təşkil edir.

Xəbər lenti