Xəzər Xəbər

Paytaxt müəssisələri 88,6 milyon manatlıq tikinti materialı istehsal edib

İqtisadiyyat | 13:12 • 12 May 2018
Paytaxt müəssisələri 88,6 milyon manatlıq tikinti materialı istehsal edib

Cari ilin ilk 3 ayında Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin yanvar-mart aylarına nisbətən sabit qiymətlərlə 14,8 faiz artaraq 88,6 milyon manat olub.


Bakı Şəhər Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 91,9 faiz, tikinti kərpicinin istehsalı 48,5 faiz, sementin istehsalı isə 23,1 faiz artıb.

Xəbər lenti