Xəzər Xəbər

Neftin qiyməti 100 dollar ola bilər

İqtisadiyyat | 13:57 • 11 May 2018
Neftin qiyməti 100 dollar ola bilər

Neftin bir barrelinin qiyməti gələn il 100 dollar səviyyəsinə çata bilər.


AZƏRTAC xəbər verir ki, bu barədə "Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı məlumat yayıb.


Banka görə, gələn il qlobal neft bazarında tələb-təklif tarazlığı pozulacaq. "Bank of America” "Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 2018-ci ildə 70 dollar, gələn il isə 75 dollar olacağını proqnozlaşdırır.


"Bank of America”nın əmtəə araşdırmaları üzrə direktoru Francisco Blanche bildirib ki, 2019-cu ilin ikinci yarısında "Brent” markalı neftin qiymətinin 90 dollar/barrel olacağını gözləyirik. "Brent” neftinin qiyməti gələn il 100 dollar/barrel səviyyəsinə də yüksələ bilər”.

Xəbər lenti