Xəzər Xəbər

Qlobal neft tələbatı 2 faiz artıb

İqtisadiyyat | 16:51 • 9 May 2018
Qlobal neft tələbatı 2 faiz artıb

Bu ilin ilk rübündə qlobal neft tələbatı keçən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon barrel (2 faiz) artıb.


AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.


EIA 2018-ci il üzrə ABŞ-ın xam neft istehsalına dair proqnozunu dəyişməyib, 2019-cu il üçün proqnozunu isə artırıb. Belə ki, ABŞ-ın bu ilki xam neft istehsalı gündəlik orta hesabla 10,7 milyon barrel səviyyəsində olacaq.


ABŞ-ın Enerji İnformasiya Administrasiyası ölkənin gələn il üzrə neft hasilatına dair proqnozunu gündəlik orta hesabla 400 min barrel artıraraq 11,9 milyon barrelə çatdırıb.

Xəbər lenti