Xəzər Xəbər

Proqnozlar alt-üst oldu Rekord təzələndi

İqtisadiyyat | 16:32 • 9 May 2018
Proqnozlar alt-üst oldu

Birjalar bu gün neftin qiymətində Trampın qərarına adekvat reaksiya göstərirlər.

XəzərXəbər xəbər verir ki, bu sözləri Trampın İranla bağlı qərarının dünya bazarında neftin qiymətlərinə təsiri haqda danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib.

Ekspert bildirib ki, əgər dünən saat 22:00 radələrində "Brent2 markalı neftin 1 barreli 75.60 dollar idisə, hazırda neftin qiyməti 77 dollara yaxınlaşır:

"Hələ ki, maksimum qiymətlə satış partiyası saat 11:13-də 77.19 dollarda qeydə alınıb. Bundan sonra qiymətlərin üzü 80 dollara doğru gedəcəyinə, yaxud yenidən 75 dollara meyillənəcəyinə gəlincə, hazırda qiymət artımı birja lentlərindəki qırmızı xəbərlərin sayının çoxluğu ilə əlaqədardır və şok effekti yaradır. Əgər nəzərə alsaq ki, Trampın qərarı artıq xeyli əvvəl bazar iştirakçılarına məlum idi, qiymətin 75 dollara çatması əslində "İran risklərinin” nəzərə alınması demək idi. Bu baxımdan Avropa Birliyinin Vaşinqtonu dəstəkləməməsi və rəsmi Tehranın "yerdə qalan ölkələrlə nüvə danışıqlarını davam etdirməsi” mülayimləşdirici amildir”.

Ekspert bildirib ki, istənilən halda hətta VTİ markalı neftin qiymətinin 70 dollar olması bazarlarda "qara qızıl”la bağlı bu ilə verilən bütün proqnozları alt-üst edir:

"Neft ixracatçılarının qazancı proqnoz göstəricilərini xeyli üstələyir. Əsas məsələ neft gəlirlərindən kimin daha effektli yararlanma siyasəti yürüdəcəyidir”.

Qeyd edək ki, Tramp ABŞ-ın İranla imzalanan nüvə müqaviləsindən çıxdığını bəyan edib.

Xəbər lenti