Xəzər Xəbər

Azərbaycan Türkiyədən keçməklə Bolqarıstana elektrik enerjisi ixrac edə bilər

İqtisadiyyat | 14:27 • 9 May 2018
Azərbaycan Türkiyədən keçməklə Bolqarıstana elektrik enerjisi ixrac edə bilər

"Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, "Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində də lazımi işlər aparılır.


Bunu "Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib.

Sədr qeyd edib ki, hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etibarlı tərəfdaş kimi çox əhəmiyyətli bir mövqeyə malikdir. "Türkiyəyə elektrik enerjisinin ixracı və onun mütəmadi olaraq artırılması cənab Prezidentin qarşımızda əvvəlki illərdə qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı olub və hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Çox əlamətdar bir haldır ki, bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də artıq danışıqlara başlanıb. Ümid edirik ki, enerjisistemin generasiya gücünün artırılması və ötürücü infrastrukturun modernləşdirilməsi istiqamətində həyata keçirəcəyimiz təxirəsalınmaz tədbirlər bizə, ölkəmizin əlverişli çoğrafi mövqeyindən səmərəli istifadə etməklə, elektrik enerjisi tranziti və ixracı üzrə bölgədə aparıcı rola sahib olmaq imkanı verəcək,” – deyə E. Pirverdiyev bildirib. (APA)

Xəbər lenti