Xəzər Xəbər

Azərbaycanda poçt markalarında öz şəkliniz ola bilər

İqtisadiyyat | 15:53 • 8 May 2018
Azərbaycanda poçt markalarında öz şəkliniz ola bilər

"Azərmarka” MMC fərdiləşdirilmiş poçt markası xidmətini işə salıb. Bu xidmət vasitəsilə hər bir şəxs üzərində öz şəkli olan poçt markası əldə edə bilər.


Bu barədə Trend-ə "Azərmarka”da məlumat veriblər.


Fərdiləşdirilmiş markaların əldə olunması üçün "Azərmarka”ya, və ya Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanında yerləşən "Şəbəkə” xidmət mərkəzinə müraciət etmək olar.


12 markadan ibarət bir vərəqin dəyəri 15 manatdır.


Bundan başqa, şirkətdən verilən məlumata görə, yaxın zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları seriyası təqdim olunacaq.

Xəbər lenti