Xəzər Xəbər

Məşhur şirkət dizel avtomobillərin istehsalını dayandırır

İqtisadiyyat | 11:50 • 8 May 2018
Məşhur şirkət dizel avtomobillərin istehsalını dayandırır

"Nissan” avtomobil istehsalı şirkəti Avropada dizel avtomobillərin satışını dayandıracağını bəyan edib.

Trend-in məluatına görə, buna səbəb üç il əvvəl "Volkswagen” şirkətinin işlənmiş qazlarla bağlı saxtalaşdırmaları ortaya çıxdıqdan sonra, avropalı sürücülərin dizel yanacağı ilə işləyən avtomobillərə daha üstünlük verməməsidir.

Dizel mühərrikli avtomobillərin əvəzində şirkət atmosferi işlənmiş qazlarla korlamayan hibrid avtomobillərə və elektrmobillərə üstünlük verəcək.

Xəbər lenti