Xəzər Xəbər

Azərbaycan bu sahədə ilk ölkə olacaq

İqtisadiyyat | 13:15 • 7 May 2018
Azərbaycan bu sahədə ilk ölkə olacaq

Azərbaycan Dünya Bankının istixana qazları tullantılarının azaldılması üzrə stategiyası çərçivəsində səmt qazının yandırılmasını tam şəkildə dayandıran ilk ölkə olacaq.


Bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rafiq Hüseynzadə Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası zamanı deyib.


SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, SOCAR son illər ərzində dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazının toplanmasını təmin edib.


Qeyd edək ki, bu gün Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası öz işinə başlayıb. (Trend)

Xəbər lenti