Xəzər Xəbər

Tehranda 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya Sərgisi açılıb

İqtisadiyyat | 16:11 • 6 May 2018
Tehranda 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya Sərgisi açılıb

Mayın 6-da Tehranda 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya sərgisi öz işinə başlayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-dək davam edəcək sərgidə 1200 yerli və 880 xarici şirkət iştirak edir.


Sərginin məqsədi neft və qaz sektorlarında müasir texnoloji nailiyyətləri təqdim etmək, digər ölkələrin şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmaq, genişləndirmək və informasiya mübadiləsi aparmaqdır.


Sərgidə Azərbaycanı SOCAR təmsil edir. Azərbaycanla yanaşı, İspaniya, Almaniya, Türkiyə, Yaponiya, Finlandiya, Qazaxıstan, İsveç, Rusiya və başqa ölkələrin şirkətləri də öz məhsullarını sərgiləyir və xidmətlərini təqdim edirlər.

Xəbər lenti