Xəzər Xəbər

Naxçıvanda yenə heç kimin kommunal borcu yoxdur

İqtisadiyyat | 10:49 • 5 May 2018
Naxçıvanda yenə heç kimin kommunal borcu yoxdur
Naxçıvan Muxtar Respublikası üzrə 2018-cı ilin aprel ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.


XəzərXəbər xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib. Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin aprel ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100 % nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Xəbər lenti